Bursa polisi əməliyyat nəticəsində qadın alveri ilə məşğul olan dəstəni ələ keçirib.
Yenicag.az xəbər verir ki, şəbəkənin üzvləri maraqlı üsuldan istifadə edib.
Belə ki, insan alveri ilə məşğul olanlar, fahişəliyə cəlb etdikləri qadınlarla bağlı qarşı tərəflə şifrəli danışıblar.
Bu zaman menecer rolunuda çıxış edən alverçilər, “Yeni transferləri göndərirəm, 3 illik müqaviləyə imza atdılar, müdafiəçi mövqeyində oynayır” kimi şifrəli danışıqlardan istifadə ediblər. Bütün bu danışıqlar isə “Whatsapp” proqramı vasitəsi ilə aparılıb.
Uzun müddətdi futbol agentliyi kimi fəaliyyət göstərən insan alverçiləri, əcnəbi ölkə vətəndaşlarını və azyaşlı qızları Bursaya “transfer” etməklə məşğul olub. Zərərçəkmiş qadınlar da ifadələri zamanı bildiriblər ki, dəstənin üzvləri “futbolçu transfer edir” kimi hər il gətirdikləri fahişələrə görə transfer pulu aldıblar.
www.yenicag.az