Gələcəyi olmayan qətnamə

media-hightechnic-468x90

http_95.86.135.60_bpictures_picture75776Fikrət Sadıxov: “Belə addımlarla Avropa Parlamenti Türkiyəyə zərbə vurmaq istəyirsə, məqsədinə nail ola bilməyəcək”

Avropa Parlamentinin qondarma erməni soyqırımını tanıması və Türkiyəni də bu istiqamətdə addım atmağa çağırması məsələsi ətrafında müzakirələr hələ də davam edir. Burada maraqlı olan məqamlardan biri odur ki, Avropa Parlamentinin həmin qərarı cərəyan edən proseslərə hansısa təsir göstərmək gücünə malik ola bilərmi?

Yenicag-az.a açıqlamasında politoloq Fikrət Sadıxov bildirdi ki, Avropa Parlamentinin bu qətnaməsi tamamilə səviyyəsiz və məsuliyyətsiz qətnamədir:

“Həmin qətnamənin heç bir gələcəyi yoxdur. Onun arxasında qanun və hüquq deyil, siyasət maliyyə motivləri dayanır. Dünya tarixində çoxsaylı əsl soyqırım hadisələri baş verib. Bunu görməyib, 100 il bundan qabaq olan hadisələri şişirdərək, soyqırım kimi qələmə vermək Avropa Parlamenti deputatlarının səviyyəsizliyini göstərir. Qətnamə qəbul edilsə də, bundan sonra heç nə olmayacaq. Ankaranın özü bəyan etdi ki, belə qətnamələr Türkiyə üçün heç bir məna daşımır. Bu məsələ tamamilə davamı olmayan bir məsələdir. Belə hərəkətlərlə Qərb Türkiyəyə zərbə vurmaq istəyirsə, bu kimi məqsədlərə nail ola bilməyəcəklər. Həmin qətnamə sadəcə olaraq, boş kağız vərəqəsi kimi qalacaq”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600