Gəncədə bəzi attraksionların istismarı dayandırıldı

media-hightechnic-468x90

Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən parkda fəaliyyət göstərən attraksionlarda plan üzrə yoxlama aparılıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Belə ki, yoxlama zamanı Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən fərdi sahibkar Mehdiyev Şahmar Fuad oğluna məxsus attraksionlarda insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Uşaq əyləncə mərkəzində fəaliyyət göstərən 9 ədəd attraksionun torpaqlanma konturunun və qidalandırıcı yumşaq naqillərin izolyasiyalarının müqavimətlərinin ölçülmədiyi, həmçinin attraksionların texniki müayinədən keçirilmədiyi müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, attraksionların istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600