Geyiminə görə topa tutulan Mehriban: “Əcəb eləmişəm…” – VİDEO

Əməkdar artist Mehriban Xanlarova rəqsinə görə onu tənqid edənlərin ünvanına kəskin fikirlər səsləndirib.

Yenicag.az-a açıqlama verən aktrisa bunu paxıllıq kimi dəyərləndirib:

“Oynamışam, əcəb eləmişəm. Mehriban son vaxtlar “Təhminə” serialında baş rolda oynayır, veriliş aparır, bu da bəzilərini yerindən oynadıb. Orada-burada baş qaldırıblar. Bədənim görünüb, oynamışam, belə əcəb eləmişəm. Səhnə adamıyam. Küçədə oynamamışam ki, verilişimdə rəqs etmişəm də. Burada nə var axı? Səhnə adamı yataq səhnəsinə də çəkilər, ayağı da görünər, bunu o saat şişirdib don geyindirmək lazım deyil. Belə də ki, hələ gəlib mənim kimi 51 yaşına çatsınlar, mənim kimi gözəl qalsınlar, ondan sonra ağızlarına gələni yazsınlar. Bunu bacarmırlar axı, ona görə də paxıllığımı çəkənlər ürəklərini belə boşaldırlar. Heç vecimə də deyil. Əcəb eləyirəm, yanın-tökülün”.

Qeyd edək ki, aktrisa aparıcısı olduğu “Canım sizə desin” adlı verilişdə rəqs edib. Rəqs edən zaman köynəyinin yuxarı qalxması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Cəvahir

COP29