Google Translate-də böyük ölçülü mətnləri tərcümə edənlər üçün pis xəbər.
Yenicag.az “Technote”-yə istinadən xəbər verir ki, artıq servisdə tərcümə üçün hərf limiti qoyulub. Belə ki, tərcümə olunan mətndə hərflərin sayı 5000-i keçməməlidir.
Limiti keçən zaman, tərcümə pəncərəsinin sağ aşağı hissəsində limitin keçilməsi haqqında qırmızı rəngdə xəbərdarlıq əks olunur. “Google”ın bu cür qərarının səbəbi aydın deyil. Şirkət bu barədə hətta heç bir açıqlama belə verməyib. Bu servisdən mütəmadi olaraq istifadə edən istifadəçilər artıq mətnləri bir neçə hissəyə bölməli olacaqlar. Təbii ki, əgər bu çox vaxt aparacaqsa onda istifadəçilər digər online tərcümə servislərinə müraciət etməlidirlər.
Yenicag.az
www.yenicag.az