Rusiyalı makiyaj və gözəllik blogeri Yuliya Debbax sinəsi ilə ölkə gündəmini “fəth edib”.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc qadın 10 il əvvəl keçirtdiyi estetik əməliyyatın qurbanı olub. Belə ki, gözəl blogerin sinəsinin sol tərəfi çökərək, kvadrat formasını alıb. “İnstagram”da izləyicilərinə açıqlama verən Yuliya silikonlarının partlamadığını, sadəcə yanlış yerləşdirildiyini qeyd edib.
Estetik cərrahiyyə mütəxəssisləri Yuliyanın silikonunun əzələnin altına deyil, üstünə qoyulduğunu bildiriblər.
“Kvadrat sinə” ləqəbi ilə gülüş hədəfinə çevrilən bloger buna görə həkimini məhkəməyə verəcəyini söyləyib. O, məhkəmənin qərarı ilə 1 milyon rubl (təxminən 30 min AZN) qazana bilər.
www.yenicag.az