Türkiyədə tanınmış aktyor Tolqa Karel ilə ailə həyatı quran, lakin bir neçə il öncə rəsmi şəkildə boşanan azərbaycanlı model Günay Musayeva narazılığını dilə gətirib.
Yenicag.az xəbər verir ki, o, açıqlamasında keçmiş ərini ata ola bilməməkdə günahlandırıb.
“Tolqa TIR sürücüsü ola bilər, amma ata ola bilməz” – deyə model sözlərini ifadə edib.
Qeyd edək ki, tanınmış aktyor Tolqa Karel iki il əvvəl Amerikaya köçüb. Aktyor orada uzun müddət iş tapa bilmədikdən sonra, TIR sürücülüyünə başlayıb.
www.yenicag.az