“Hakimiyyət Ərdoğanın əlində cəmlənəcək”

media-hightechnic-468x90

derthj.“Bütün hakimiyyət Ərdoğanın əlində cəmlənəcək”.  

Bu sözləri Axar.az-a açıqlamasında Konstitusiya hüququ üzrə ekspert Ələsgər Məmmədli Ərdoğanın prezident seçiləcəyi təqdirdə Türkiyədə baş verə biləcək hadisələri şərh edərkən dedi.  

Onun sözlərinə görə hakimiyyətin dolayı yolla Ərdoğanın əlində cəmlənməsi tam realdır: “Ərdoğan prezident seçildikdən sonra faktiki olaraq 25 il əvvəlki tarix təkrarlanacaq. 1989-cu ildə Türkiyədə Turqut Özal prezident seçildi və onun partiyasından Yıldırım Akbulut Baş nazir oldu. Həmin zaman Akbulut formal olaraq Baş bakanlıq vəzifəsini icra edirdi. Bütün səlahiyyətlər yenə də Turqut Özalın əlində cəmlənmişdi. Bugünkü ssenari eyni ilə 25 il əvvəlki tarixə qayıdır”.  

Ekspertin sözlərinə görə Ərdoğan prezident seçilərsə, “formal baş bakan”a ehtiyac duyulacaq: “İndiki halda Ərdoğan Çankaya köşkünə çıxarsa, mənim fikrimcə, təxminən Akbulut kimi Baş nazirə ehtiyac olacaq. Onu da idarə edən Ərdoğan olacaq. Sözsüz ki, AKP qalib olduğu müddətdə bu proses davam edəcək. Növbəti 2015-ci il seçkilərinə qədər hər hansı bir problem gözlənilmir. Əgər dəyişiklik olarsa, ssenari də dəyişə bilər. 7 il Ərdoğanın prezidentliyi dövründə həmişə belə olacaq demək də doğru olmazdı. Çünki Ərdoğan bu il prezident seçilərsə, gələn il də parlament seçkisi olacaq. Belə olan halda gələn il formalaşacaq hökumət AKP olsa, problem olmayacaq. Əks halda başqa bir partiya qələbə qazanarsa, o zaman Prezidentlə Baş nazir arasında ciddi fikir ayrılıqlarının olacağı dəqiqdir”.    

Məlumat üçün bildirək ki, Türkiyə konstitusiyasının 104-cü maddəsinin B bəndində Prezidentin səlahiyyətləri göstərilir. Bu bənddə göstərilir ki, Prezident Baş naziri istefaya göndərə və yaxud istefasını qəbul edə bilər. Ehtiyac olarsa, Baş nazirin vəzifələrini icra etməsi də mümkündür.   Bu məsələyə münasibət bildirən ekspert vəziyyətin bu dərəcəyə çatacağının mümkün olmadığını dedi:  

“İnanmıram ki, məsələ konstitusiya qanunları ilə həll olunsun. Normal qaydada bu baş verməz. Əgər Prezident hər hansı bir şəkildə vəzifəsini icra edə bilməzsə, bu, baş verə bilər. Ona görə də mən düşünmürəm ki, Türkiyədə bu proseslərdə kimsə hakimiyyətin müəyyən bir hissəsini öz üzərinə götürsün və ya icra etsin. Yəqin ki, bu məsələ tamam başqa bir şəkildə özünü göstərəcək”. 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600