!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Helikopter qəzasında ölən nazir Abdullahiyan kimdir? - DOSYE

!Reklam – Yazi

İranda dünən axşam saatlarında baş verən helikopter qəzası nəticəsində prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşimi həlak olub. Qəzaya helekopterdə baş verən texniki nasazlığın səbəb olduğu deyilir.

Hadisə zamanı həlak olanlardan biri də xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan olub. Azərbaycanla olan diplomatik gedişləri səbəbi ilə yetərincə tənqid olunan Abdullahiyanla bağlı öz ölkəsində də müxtəlif yanaşmalar mövcud idi.

Yenicag.az İranın həlak olmuş xarici işlər naziri ilə bağlı önəmli nüansları təqdim edir:

Hüseyn Əmir Abdullahiyan 1964-cü ildə İranın Damqan şəhərində anadan olub. Təxminən, 6-7 yaşında olarkən atasını itirən Abdullahiyan 1994-cü ildə ailə həyatı qurub. Əmir Abdullahiyan Xarici Siyasət fakültəsinin Diplomatik Münasibətlər üzrə bakalavr dərəcəsinə, Tehran Universitetinin Hüquq və Siyasi Elmlər Fakültəsinin Beynəlxalq Münasibətlər üzrə Magistr dərəcəsinə və Tehran Universitetində Beynəlxalq Münasibətlər üzrə PhD dərəcəsinə malikdir. Abdullahiyan Livanda və Suriyada Hizbullaha bağlı olan radikal təşkilatları açıq şəkildə dəstəkləyirdi. O, Məhəmməd Hatəminin prezidentliyi dövründə Nüvə Danışıqlarının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvü olub. O, Həsən Ruhaninin birinci prezidentliyi dövründə Tehranda London səfirliyinin yenidən açılmasından sonra regional danışıqlar üçün Londona dəvət edilən və İngiltərənin o vaxtkı xarici işlər naziri Filip Hammondla görüşən ilk İran rəsmisi olub.

Hüseyn Əmir Abdullahiyan bir neçə dəfə Federika Moqerini ilə regional danışıqları ətraflı müzakirə edib, BMT-nin Baş katibi Pan Gi Mun və Hizbullah-Livan Baş katibi Həsən Nəsrullah ilə ətraflı görüşlər keçirib. O, 2007-ci ildə Bağdadda keçirilən İran-İraq-ABŞ üçtərəfli görüşündə İranın danışıqlar qrupunun rəhbəri olub. Keşmiş nazir əvvəllər, yəni 2011-2016-cı illərdə Ərəb və Afrika ölkələri üzrə xarici işlər nazirinin müavini olub. Daha sonra 2021-ci ildən etibarən İranın xarici işlər naziri vəzifəsində çalışıb./yenisabah

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv