!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Huawei" şirkətindən yeni REKORD - Satışlar 66 dəfə artdı

!Reklam – Yazi

“Huawei” şirkəti smartfon istehsalı məsələsində yeni rekorda imza atıb.

Yenicag.az xəbər verir ki, bu barədə şirkət rəsmisi Çində nova 5 adlı yeni smartfon seriyasının təqdimatı zamanı deyib.

Bildirilib ki, bu il 100 milyon smartfon istehsalı üçün şirkətə cəmi 5 ay vaxt lazım olub. Bu isə keçən ilki rekorddan 49 gün azdır.

Qeyd edək ki, bu nəticənin əldə edilməsi hər saniyə bütün dünya üzrə orta hesabla 7 ədəd smartfon satılması ilə mümkündür.

Keçən ilin 25 dekabr tarixində şirkət rəsmi olaraq bildirmişdi ki, o, 2018-ci il üzrə 200 milyon smartfon istehsal edib. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2015-ci ildə şirkət 22 dekabr tarixinə kimi 100 milyon smartfon reallaşdıra bilmişdi. 2016-cı ildə bu göstərici 14 oktyabr tarixində, 2017-ci ildə 12 sentyabr tarixində, 2018-ci ildə isə 18 iyul tarixində əldə olunmuşdu.

Bu il şirkət 100 milyon smartfon göstəricisinin əldə olunduğunu hələ 30 may tarixində elan etmişdi. Onu da qeyd etmək lazımdır ki, 2010-cu ildə şirkət cəmi 3 milyon smartfon sata bilmişdi. 8 il ərzində şirkət öz satışlarını təqribi olaraq 66 dəfə yüksəltdi. Lakin bütün bu müsbət göstəricilərə baxmayaraq ABŞ ilə Çin arasındakı ticarət müharibəsi səbəbilə şirkət beynəlxalq satışların 40-60% düşəcəyini gözləyir.

www.yenicag.az

2230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv