I sinfə qəbul üçün sənədlər yığılacaq

media-hightechnic-468x90

üdeüd2014-2015-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 138 min nəfərdir. Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 6 yaşı tamam olmayan uşaqların bəziləri vaxtından əvvəl orta məktəbə qəbul oluna bilər.

“Təhsil nazirinin 2013-cü il iyulun 17-də imzaladığı 739 nömrəli əmrlə təsdiq edilən “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları”na əsasən, I sinfə vaxtından əvvəl qəbul hər il 6 yaşı 16 sentyabr – 31 dekabr tarixlərdə tamam olan xüsusi istedadlı şagirdlərə şamil olunur. Həmin şagirdlərin seçilməsi və müvafiq qərar qəbul edilməsi aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrində (idarələrində) və nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrində yaradılan komissiyalar tərəfindən aparılır. Qaydalara görə, valideynlərin ərizələri iyulun 20-dən başlayaraq avqustun 20-dək həmin təşkilatlarda qeydiyyata alınır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600