Almaniyanın “Marchi Mobile” şirkəti tərəfindən hazırlanan yeni nəsil avtobuslar böyük marağa səbəb olub.
Yenicag.az xəbər verir ki, bu avtobuslar heç də çöldən göründüyü kimi deyil. Bu avtomobillərin içinə girənlər oradan çıxmaq istəmirlər. Buna səbəb almanların yaratdığı bu avtobusların içinin tam bir saray kimi düzəldilməsidi.
Avtobusun fərqli modelləri var. Şirkət alıcılarının sifarişinə uyğun modellər də hazırlayır. Zöv və istəkdən asılı olaraq, avtobusların içində mətbəx, yataq otağı, duş kabinəsi, tualet, yataq otağı, qarderob və sair quraşdırılır.
Bu şəkillərdə gördükləriniz də hansısa otelin otağından yox, məhz sözügedən avtobusların içindəndi.
www.yenicag.az