!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra başçısı haqqında xoşagəlməz iddia yayıldı

!Reklam – Yazi

1461004009_aa98b37587a36622c7cbb5052f3d474bZaman-zaman redaksiyamıza ölkənin müxtəlif regionlarından məlumatlar daxil olmaqdadır. Məlumatların aktuallığını, cəmiyyət üçün vacibliyini nəzərə alaraq üzərimizə düşən vəzifəni layiqincə icra etməyə çalışırıq. Bu həm də ölkə rəhbərliyinin medianın üzərinə qoyduğu ictimai məsuliyyətin göstəricisi kimi dəyərləndirilə bilər. Redaksiyamıza daxil olan növbəti yazı oxuyanları sözün hər mənasında dəhşətə gətirəcəkdir. Əslində bu cəmiyyət olaraq bizim genefonumuza və sağlam gələcəyimizə təhdid kimi qiymətləndirilməlidir.

Məktubu olduğu kimi təqdim edirik:

“Əziz qardaşlar və bacılar, hər birinizdən xahiş edirəm bu şəkli paylaşın, qoy bütün ölkə səsimizi eşitsin, bu biabırçılığı dayandıraq….

Sizinlə çox dəhşətli faktlar paylaşacam.

Deməli, rayon xəstəxanası ay ərzində hamilə bacılarımızı normadan 10 dəfə çox kesəriyyə əməliyyatı edirlər. 200 mindən az əhalisi olan Cəlilabad üçün bu çox böyük rəqəmdir. Heç 2 milyondan çox əhalisi olan Bakıdə belə rəqəm yoxdu.

Mən bu məsələni araşdırdım. Nəticədə bəlli oldu ki, həkimlər adi doğuşdan xəstəxanada ən çox 200 manat ala bilirlər, ancaq keysəriyyə əməliyyatından 1000 manat pul götürürlər.

Elə buna görə sağlam hamiləlik keçirdən bacılarımızı və onun ailəsini aldadaraq əməliyyat edirlər. Məqsəd isə pul qazanmaqdır.

Bu işin başında rayonun baş həkimi İlham həkim durur. İcra başçısının bundan xəbəri olduğu üçün o, hər əməliyyatdan faizini alıb, susur.

Keysəriyyə əməliyyatı zamanı bacılarımızın həm həyatı təhlükəyə atılır, həm də onların fiziki sağlamlığına çox böyük zərbə vurulur. Bu həm də nəslin artımını azaldır. Çünki keysəriyyə əməliyyatı olan bacılarımız çox vaxt dünyaya yalnız bir uşaq gətirə bilirlər. Bunlar öz cibləri naminə rayonumuzun gələcəyin məhv edirlər. Aidiyyatı orqanları bu soyqırımı dayandırmağa çağırıram.”

Qeyd edək ki, Cəlilabadın problemləri bununla yekunlaşmır. Rayonunda əhalinin vəziyyəti hər ötən gün bir qədər də ağırlaşır. Bunun isə məsuliyyəti birbaşa icra başçısı Əziz Əzizovun üzərinə düşür. Çünki son zamanlar onun yol verdiyi nöqsanlar nəticəsində rayonun ümumi durumu nəzərəçarpacaq dərəcədə pisləşib. Hazırda Cəlilabadın bəzi mərkəzi küçələrində yollar bərbad vəziyyətdədir. Hava yağışlı olduğu zaman isə bu yollarda palçıq əlindən yerimək olmur. Yollarda avtomobillərin hərəkəti isə yağıntılı havada daha da çətinləşir. Rayon icra hakimiyyəti bu problemdən məlumatlı olsa da, nədənsə yolun təmir olunması üçün heç bir tədbir görülmür. Halbuki hər il dövlət büdcəsindən Cəlilabada yetərincə vəsait ayrılır. Lakin həmin vəsaitlərin bir hissəsi tamam başqa məqsədlərə sərf olunur. Əgər Hesablama Palatası bununla bağlı genişmiqyaslı və obyektiv araşdırma aparsa, onda deyilənlər öz təsdiqini tapa bilər”.

Bu arada, icra başçısının ölkə üzrə kifayət qədər yetkili şəxslərdən biri ilə ortaq biznes əlaqələrində olduğunu iddia edən mənbənin sözlərinə görə, Cəlilabad rayonundakı üzüm sahələri, restoranlardan tutmuş paytaxtdakı bir çox iri obyektlər onların şərikli biznesinə daxildir.

AZERİNFO.ORG

COP29

www.yenicag.az

864
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv