!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İdmançımız ABŞ-da milyon dollarlıq döyüşə çıxacaq - FOTO

!Reklam – Yazi

Sərbəst güləş üzrə sabiq Avropa çempionumuz, 2008-сi il Olimpiadasında Azərbaycanı təmsil etmiş Əli İsayev MMA-da növbəti döyüşünü keçirəcək.

Yenicag.az oxu.az-a istinadən xəbər verir ki, PFL (Peşəkar Döyüşçülər Liqası) 10 turniri çərçivəsində yeddi görüş baş tutacaq.

Onlardan altısı hər çəkinin 2019-cu il üçün qalibini müəyyənləşdirəcək. Bunların içində ağırçəkili Əli İsayevlə Cared Roşoltun görüşü də var.

Dağıstandan olan 36 yaşlı Əli hələ ki MMA-da məğlubedilməzdir. İsayev keçirdiyi bütün səkkiz görüşdə qalib olub. O bunlardan üçündə nokautla qalib gəlib. Keçmiş güləşçi olsa da, əl zərbələri güclüdür və ayaqla döyüşməyi də bacarır. O, 1/4 finalda amerikalı Kelvin Tileri və yarımfinalda rusiyalı Denis Qoltsovu məğlub edib.
Onun rəqibi isə keçmiş UFC döyüşçüsüdür. Cared Roşolt 2014-2016-cı illərdə UFC-də çıxış edib. 33 yaşlı Roşolt indiyədək 20 görüşdə qalib gəlib, yeddisində uduzub. Maraqlıdır ki, o da keçmiş güləşçi olub.

Ağır çəkili idmançılar olduğundan, bu döyüşə maraq böyükdür. Yeni il günü keçirilən hər altı çəki dərəcəsində qalibə bir milyon dollar veriləcək.

Görüşlər ABŞ-ın Nyu York şəhərində yerləşən məşhur Hulu Teatrında keçiriləcək. Burda isə Dağıstandan olan, ancaq Azərbaycanı təmsil edən digər idmançı – boksçu Məhəmmədrəsul Məcidov bu il ilk peşəkar döyüşünü keçirib və qalib olub.

Qeyd edək ki, Əli İsayev 2009-cu ildə Litvanın paytaxtı Vilnyusda keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb. O, finalda Dağıstan osetini olan, amma Ermənistanı təmsil edən Ruslan Basiyevi məğlub edərək Avropa çempionu olub.

COP29

www.yenicag.az

1172
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv