İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib

media-hightechnic-468x90
Azərbaycan Prezidenti İlham Əliyev mayın 19-da Slovakiyanın Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Tarabanı qəbul edib.
Yenicag.az xəbər verir ki, dövlət başçısı özünün ötən il Slovakiyaya, Baş nazir Robert Fitsonun isə Azərbaycana səfərlərini xatırladaraq, son dövrlərdə Slovakiyadan yüksəksəviyyəli nümayəndə heyətlərinin Azərbaycana gəldiklərini qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, bu, ölkələr arasında fəal əməkdaşlığın həyata keçirildiyini göstərir.
Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında mövcud dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirərək, əməkdaşlığın səviyyəsindən məmnun olduğunu deyib.
Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Tomaş Taraba qeyd edib ki, Slovakiya hər zaman Azərbaycanın yanındadır. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.
Slovakiya Baş nazirinin müavini deyib ki, ölkəsinə qaz lazım olduqda Azərbaycan etibarlı təchizatçı olub.
Tomaş Taraba Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsinin önəminə də toxunub.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev hazırda Azərbaycanın 12 Avropa ölkəsini, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətini qazla təchiz etdiyini deyib, gələcəkdə bu rəqəmin artmasının mümkünlüyünü vurğulayıb.
Görüşdə ikitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
media-bf41ue8oglhdig4cs2ufijzdlia0ybbretksipmp_1200 media-ikm3fqsfyzctyep5pvecc3jlmapgb1u2fwvp641x_1200 media-ld3v6zmrhgpognwu6cefg1hr61lapbzcocfxqxzj_1200 media-mc0rxmdgn9jc9ilgx9lzdt2k1sftel6oqiugzpvd_1200
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05