İlham Pirməmmədovla bağlı faktlar açıqlandı

media-hightechnic-468x90

Ilham-Pirmemmedovİlham Pirməmmədovu “Sadval” və nurçularla hansı tellər bağlayır?

İlham Pirməmmədov  illərdən bəri təhsil sektoru ilə azacıq maraqlanan hər kəsin tanıdığı bir şəxsdir. Sabiq nazir Misir Mərdanovun “qara qutu”su olan Pirməmmədov yeni nazirin dönəmində xeyli yerdəyişmə yaşadı. Aparat rəhbərliyindən müşavirliyə uzanan bu yolda hər kəs onun “vurulacağı”nı düşünürdü. Çünki Mikayıl Cabbarov vəzifəyə təyin olunan kimi ilk olaraq İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev, Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev və Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Təranə Hacıyeva və təhsil nazirinin köməkçisi vəzifəsini icra edən Rasim Süleymanov tutduqları vəzifədən azad olundular.

Misir Mərdanova ən yaxın şəxslər “vurulduğu” halda Pirməmmədov vəzifəsini qorudu. Baxmayaraq ki, hamı öncə onun yola salınacağını gözləyirdi. Lakin gözlənilən olmadı və o, Təhsil Nazirliyində mövcudiyyətini müşavir olaraq qorumaqda davam edir.

AZERİNFO.ORG bildirir ki, Pirməmmədov əvvəlki kimi olmasa da, yenə də istədiyini edir. Belə ki, sabiq nazir Misir Mərdanovun 11 illik fəaliyyəti dövründə 65 min tələbə köçürülməsinin 54 minini nazirdən gizlin həyata keçirən İlham Pirməmmədov yenə də fərqli yollarla köçürmə biznesinə davam edir.

Qeyd edək ki, hələ bir müddət öncə xəbər yayılmışdı ki, Bakı Dövlət Universiteti, Xarici Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Pedoqoji Universiteti və s. Universitetlərə köçürmələr Misir Mərdanovun məktuba çəkdiyi imzadan sonra həyata keçirilərkən, İlham Pirməmmədov məktubun arxasında göstərilən qoşma vərəqlər yenidən əlavə olaraq xüsusi qaydada tərtib olunaraq siyahı süni şəkildə artırılırmış. Bundan sonra 1-ci mərtəbədə ümumi şöbədə qeydiyyata salınaraq, təcili qaydada tələbə köçürmələri həyata keçirilirmişdir. İlham Pirməmmədov aparat rəhbəri olaraq etibardan sui-istifadə etib bu yolla milyonlara sahib olub.

Pirməmmədovun köhnə nazir dönəmindən ən böyük biznesi Türkiyədə “qara siyahı”ya alınan Fətullah Gülən şəbəkəsi ilə qurduğu əlaqələrdir. Belə ki, bu qrupun Nazirlikdəki məsələlərini həll etmək üçün bu dini qrupdan aylıq 10 min manat alan (bu pulun görünən işə aidiyyatı yoxdur. Görülən işin xərcləri ayrıca qarşılanır) Pirməmmədov qoruduğu kollec direktorlarındanda hər ay 1000 manat, təhsil şöbə müdirlərindəndə isə hər ay 2000 min manat “haqq” aldığı iddia olunur.

Ancaq mənbələr Pirməmmədovun ən çox çəkindiyi şəxsin keçmiş Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev olduğuna diqqət çəkirlər. Belə ki, ABU ilə zamanında çox “işgüzar” əlaqələrə malik İlham Pirməmmədov hazırda Fransada yaşayan “ortağ”ına “yaxşı baxır”.

Belə ki, Bakıdakı dostlarını şantajla təhdid edən Elşad Abdullayev Pirməmmədovu qorxu altında saxlamaqda davam edir. Onunla bağlı videoları özünə izlətdirən sabiq rektorun daha bir neçə şəxsə qarşı da eyni taktikadan istifadə etdiyi bildirilir.

Məlumatlı mənbənin sözlərinə görə, Elşad Abdullayevin əlində təkcə ABU ilə əlaqələr deyil, Pirməmmədovun Dağıstanda “Sadval” separatçı təşkilatına yaxın şəxslərlə olan görüntüləri də var. Müşavir də bu əlaqələrin üzə çıxmasını istəmir. (azerinfo.org)

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600