İndiyədək nə qədər ərazi minalardan təmizləndi? - AÇIQLAMA

media-hightechnic-468x90

Bu günə qədər aparılan işlər nəticəsində ümumilikdə 114 min 400 hekatar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin İdarə heyətinin sədri Vüqar Süleymanov “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumunda deyib.

O bildirib ki, 110 347 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.

“Bunlardan 30 795-i piyada, 18 582-si tank əleyhinə mina, 60 970-i isə partlamamış hərbi sursatlardır”, – deyə
o qeyd edib.

Qeyd edək ki, bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumu keçirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05