!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran Gürcüstanda din adı altında gizli fəaliyyət göstərir - VİDEO

!Reklam – Yazi

“Xəzər” TV “İranın Gürcüstanda gizli fəaliyyəti üzə çıxdı” adlı süjet hazırlayıb.

Yenicag.az xəbər verir ki, “Xəzər Xəbər” proqramının çəkiliş qrupu Gürcüstanda olub və mövzunu ətraflı şəkildə araşdırıb. Çəkilişlər əsasən Tbilisi, Marneuli, Qaraçöpdə aparılıb.

Buradakı ziyalılar, ağsaqqallar, din xadimləri, sadə vətəndaşlarla söhbətlər edilib, mövzu ilə bağlı suallar verilib.

Süjetdə Gürcüstan vətəndaşı İdris İsmayılov bildirib ki, İranın Gürcüstanda güclü dini təşkilatları var: “Zeynəb”, “Fatimə” təşkilatları şiə adı altında gizləniblər. Bu, yaxşı hal deyil. İranın burada fəaliyyəti çoxdur. Şiəlik adı altında dindarlar çoxalıb. Amma bu, şiəlik deyil, irançılıqdır”.

Gürcüstan Müsəlman İdarəsinin ilk şeyxi Vaqif Əkbərov isə qeyd edib ki, İranın Gürcüstanda təsiri var: “Onların sözü ilə əməli heç düz gəlmir. Manipulyasiya edirlər. Din adı altında bura İran siyasəti daşınır”.

Vaqif Əkbərov açıq şəkildə etiraf edir ki, İran tərəfi onun şeyx olmasını həzm edə bilmirdi: “Mənim şeyxlikdən çıxmağımın səbəblərindən biri də İranın təsiri idi”.

Gürcüstan sakini olan Tarix müəllimi Dilqəm Əlləzov əlavə edib ki, bəzi hallarda din pərdəsi, din qardaşlığı adı altında müəyyən ölkələr burada öz təsirlərini göstərdilər: “İranın Azərbaycana qarşı hərəkətləri, məzhəbçilik həm milləti bölür, həm də dini-psixoloji cəhətdən təsir altına alır”.

Tbilisi sakini bildirib ki, o, məzhəb söhbətlərinə qarşıdır: “Düzgün şiə bizim qardaşımızıdır. Amma İrandan gələn şiəlik həmişə düşmənlik olub. Tarxi boyu İran həmişə türkün, müsəlmanın düşməni olub. Onlar müsəlmanlıqdan uzaqdırlar.

Azərbaycanda əməliyyatlar oldu, 19 nəfər tutuldu. Bunlar İrandan din adı altında ixrac edilən zərərli məsələlərdir, bunların altında dini əlaqə yoxdur”.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze istəyir ki, din xadimləri kənarda deyil, ölkənin özündə hazırlansın: “Bununla bağlı müzakirələrimiz davam edir”.

Gürcüstan parlamentinin üzvü Zaur Darğalı bildirib ki, indi bu ölkədə yaşayan əksər azərbaycanlı gənclər xaricə çıxmadan təhsil ala bilirlər: “Buna təkan verən böyük amillərdən biri də Azərbaycan dövlətinin dəstəyidir. SOCAR gənclərimizin əksəriyyətinin təhsil almasını uzun illərdir maliyyələşdirir. Bu, ciddi nəticələr verməkdədir və bu proses davam edir”.

Həmçinin araşdırma nəticəsində məlum olub ki, Gürcüstanda İran sərmayəli 11 751 təşkilat, şirkət fəaliyyət göstərir. Onların öz fəaliyyətlərini necə qurduqları barədə suallara cavab axtarılıb.

Materialla daha ətraflı süjetdə tanış ola bilərsiniz:

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv