İranda polis bölməsinə hücum: 3 ölü

İranın cənubunda, Hormozqan vilayətində polis bölməsinə silahlı basqın olub.

Yenicag.az xəbər verir ki, insident nəticəsində üç polis əməkdaşı ölüb.

Avtomobildə olan üç naməlum şəxs Tukahur rayonunun Mina dairəsində yerli polis bölməsinə atəş açıblar.

Hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, daha ikisi isə yaralanıb və xəstəxanaya çatdırılıb. Aldığı yaralardan daha bir polis xəstəxanada ölüb.

İranın təhlükəsizlik qüvvələri hücum edənlərin saxlanılması üçün xüsusi əməliyyata başlayıb.