“İlk növbədə, azərbaycanlı turistlərə “Şımbulak” dağ kurortunu və Almatı şəhərinin ətraf ərazilərini ziyarət etməyi məsləhət görürəm”.
Yenicag.az Novayaepoxa.com-a istiandən xəbər verir ki, bunu “Qazax Turizm” Milli Şirkətinin İdarə Heyətinin sədri Kayrat Sadvakasov “Yeni Çağ” Media Qrupunun redaktoru Rüstəm Qasımovun “Azərbaycan turistlərinə Qazaxıstanın hansı bölgələrini və görməli yerlərini ziyarət etməyi məsləhət görərdiniz?” sualını cavablandırarkən cavablandırarkən deyib.
O bildirib ki, Azərbyacnla Qazaxıstan arasında turizm sahəsində əməkdaşlıq yüksək səviyyədədir:
“Qazaxıstanın “Şımbulak” dağ-xizək kurortu ilə Azərbaycanın “Şahdağ” turizm mərkəzi arasında memorandum imzalanıb. Ölkələrimiz xizək kurortunun birgə inkişaf etdirilməsində maraqlıdır. Mən, ilk növbədə, azərbaycanlı turistlərə “Şımbulak” dağ kurortuna və Almatı şəhərinin şəhərinin ətraf ərazilərini ziyarət etməyi məsləhət görürəm. Bunlar tamamilə fərqli, hətta demək olar ki, Azərbaycan vətəndaşları üçün qeyri-adi mənzərələrdir. Kanyonlar, dağ gölləri, buzlaqlar, səhralar var və bütün bunlar ölkənin ən böyük metropolisindən – Almatı şəhərindən bir yarım-iki saatlıq radiusda yerləşir. Bundan əlavə, şəhərin çox canlı gecə həyatı, yaxşı inkişaf etmiş qastronomiyası var, burada təkcə qazax milli mətbəxi deyil, həm də praktiki olaraq dünya xalqlarının mətbəxləri təqdim olunur”.
Qarşılıqlı turist axını barədə də danışan Kayrat Sadvakasov qeyd edib ki, pandemiyadan əvvəlki rəqəmlərin bərpa olunduğu müşahidə edilir:
“Qazaxıstanlılar Azərbaycanın Naftalan şəhərinə, ölkənin paytaxtı Bakı şəhərinə səfər etməyi çox sevirlər, xüsusən “Imagine Dragons” rok qrupu və ya “Formula 1” yarışı kimi böyük tədbirlər keçirildikdə. Ona görə də hesab edirəm ki, biz Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı turist axınını inkişaf etdirəcəyik. Bundan başqa, Qazaxıstan TDT çərçivəsində satılan “Türk Yolu” kimi turizm layihəsinin təşəbbüskarıdır. Bu, TDT-yə sədrliyin Qazaxıstana keçdiyi zaman prezidentimizin səsləndirdiyi konsepsiyaya – “Türk Vaxtı”na uyğundur. Bu konsepsiya təşkilatın növbəti beş ildə necə inkişaf etməsindən bəhs edir.
“Türk Yolu” ilə bağlı xüsusi pasport hazırlanacaq və orada müxtəlif ölkələrə səfər etdikdən sonra xüsusi olaraq bəzi türk dövlətlərinin görməli yerlərində xüsusi möhürlər vurulacaq. Biz artıq Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistanda mütləq görməli yerlərin ilkin siyahısını müəyyən etmişik və indi TDT katibliyi vasitəsilə bunu bu pasportun təsdiqi üçün ölkələrə göndərəcəyik”.
Qeyd edək ki, Qazaxıstanda V Dünya Köçəri Oyunları keçirilir.
www.yenicag.az