Kəmaləddin Heydərov vətəndaşları qəbul edib

media-hightechnic-468x90

15ab3a13952061755d46f4f874d59834Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Astara Rayon Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşların qəbulunu keçirib.

Qəbulda Astara ilə yanaşı, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Vətəndaşlardan 24 nəfərinin müraciətini şəxsən özü dinləyən K.Heydərov onların əksəriyyətinin yerindəcə həlli üçün müvafiq tapşırıqlarını verib.

Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi aidiyyəti strukturların rəhbərlərinə həvalə olunub.

Bundan başqa, kadr məsələləri ilə bağlı 215, digər məsələlərlə bağlı müraciət etmiş 231 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600