Kıvanç evlənir

media-hightechnic-468x90

kivnc_6257Türkiyənin məşhur və yaraşıqlı aktyoru Kıvanç Talıtuğ evlənir. Sarışın aktyor Başak Dizerlə olan sevgi münasibətinin evliliyə doğru getdiyini bir neçə gün öncə təsdiqləyib.

Tatlıtuğ ailəsi tərəfindən “istənilməyən gəlin” elan edilərək haqqında çox danışılan Dizer, sevgilisinin ailəsilə bir araya gələrək bu sözlərin mənasız olduğunu göstərib.

Ailə üzvlərindən birini ziyarət etmək üçün Nişandaşındakı özəl bir xəstəxanaya gedən Kıvanç Tatlıtuğ Başak Dizeri də özü ilə aparıb. Dizer xəstəxanadan çıxarkən sevgilisinin atası Ərdəm Tatlıtuğ və bacısı Melisa Tatlıtuğla söhbət edərkən kameralara tuş gəlib.

Tatlıtuğ xəstəxananı “Harley Davidson” markalı motosikli ilə tərk edib. Lakin o sevgilisini özü ilə aparmayıb.

Aktyor sevgilisi Dizeri ailəsinə əmanət edib. Qadın isə gələcək qaynatası ilə bir müddət söhbət etdikdən sonra sağollaşaraq oradan uzaqlaşıb.(anspress)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600