Bir şahzadə ilə evlənərək kral ailəsinə daxil olmaq möhtəşəm bir hadisə kimi görünür. Ancaq kral ailəsinə gəlin getmək kənardan göründüyü qədər asan deyil. Məşhur aktrisa Meqan Mark da bu yaxınlarda ingilis şahzadəsi Harri ilə evlənməyə hazırlaşır. Lakin, o, gəlin köçdükdən sonra bəzi adətləri ilə vidalaşmalı olacaq. Çünki kral ailəsinin olduqca sərt qayda-qanunları var.
Yenicag.az ərə getdikdən sonra məşhur aktrisaya qoyulacaq 12 qadağanı təqdim edir:
1. Ayaq-ayaq üstünə atmaq
Rəsmi bir qayda olmamasına baxmayaraq, kral ailəsində ayaq-ayaq üstə ataraq oturmaq yaxşı qarşılanan bir davranış deyil. Bu ailəyə mənsub qadınlar ayaqlarını ehmalca birləşdirib, yan tərəfə meylli otururlar.
2. Cəmiyyət arasında həyat yoldaşı ilə səmimi olmaq
İngiltərədə əsilzadə cütlüyün cəmiyyət içində səmimi olmasına yaxşı baxılmır. Ancaq Harri və Meqan nişan mərasimlərində əl-ələ tutmaqla bu qadağanı bir qədər yumşaldıblar. Onların bu hərəkəti kral ailəsinin müasirləşməsi kimi dəyərləndirilib.
3. Rəngli dırnaq boyası çəkmək
Kral ailəsinə mənsub qadınlar dırnaqlarına tünd rəngli boya çəkə bilməzlər. Meqan bu qaydaya indidən tabe olub.
4. Sosial mediadan istifadə etmək
Meqan artıq aylardır sosial şəbəkə hesablarından aktiv şəkildə istifadə etmir. Evləndikdən sonra onun rəsmi hesabı olacaq, lakin özü bu hesabdan istifadə etməyəcək.
5. İstədiyi saatda yatmaq
Meqan kraliçanın sarayında olanda yatmağa getmək üçün əvvəlcə qayınanasının yatmasını gözləməlidir. Məlumata görə, kraliça axşam saat 23:30-dan tez yatır.
6. Bir otağa ilk girən şəxs olmaq
Meqan bu məsələdə çox diqqətli olmalıdır. Belə ki, sarayda bununla bağlı ciddi bir iyerarxiya var. Otağa əvvəlcə kraliça Elizabet, daha sonra Filip, Çarls, Kamila, Vilyam, Keyt Midleton ardıcıllıqla daxil olmalıdır.
7. İstədiyi vaxtda yemək yemək
Kraliça ilə süfrəyə oturmağın bir çətin tərəfi var: Yeməyə başlamaq üçün onu gözləmək və onunla eyni vaxtda süfrədən qalxmaq.
8. Selfi çəkmək
Aktrisa evlilikdən sonra selfilərlə də vidalaşacaq. O, indidən Hari ilə getdiyi dəvətlərdə selfi çəkməkdən imtina edir.
9. Yetkin rəfiqələri toyda onu müşayiət edə bilməyəcək
Bu vəzifəni ya gənc qızlar, ya da uşaqlar öz üzərinə götürməlidir.
10. Platformalı ayaqqabı geymək
Bu da rəsmi qayda deyil. Lakin kraliça belə ayaqqabılara nifrət edir.
11. Səs vermək
Meqan evləndikdən sonra da İngiltərə vətəndaşı olacaq, lakin bütün vətəndaşlıq hüquqlarından istifadə edə bilməyəcək. Belə ki kral ailəsi səsvermədə iştirak etmir.
12. İmza vermək
Kral ailəsinə mənsub olan şəxslər sevənlərinə imza verə bilməz. Bu qadağanın səbəbi isə imzaların təqlid edilməsinin qarşısını almaqdır.
www.yenicag.az