Küskün Cavid və “Kəlbəcər gözəlləməsi”

12167386_10206060175556631_1877168306_n“Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin bir həftəyə yaxındır işə çıxmadığı bildirilir.

Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, idarənin rəhbəri Cavid Qurbanov heç namizəd olduğu seçki dairəsi ərazisində də görünməyib.

Sədrin işə çıxmamasını seçkilər və seçkiqabağı kampaniya ilə əlaqələndirsələr də bu belə deyil. Cavid müəllim ümumiyyətlə heç yerə çıxmır, nə işə gəlir, nə də seçkiqabağı kampaniyası ilə məşğuldur.

Son günlər medianın əsas gündəm xəbərinə çevrilmiş nəqliyyat naziri Ziya Məmmədov haqqındakı yazıları sifarişlə yazdıran “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri nazir təyin edilməməsi üçün bərk hiddətlənərək hamıya acıq edib və işə çıxmamağa qərar verib.

Cavid Qurbanov işi QSC-dəki müavinlərinə həvalə edərək onu narahat etməməməyi tapşırıb.

Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinə yaxın olan mənbə bildirir ki, Cavid Qurbanov bu vəzifəyə təyin edilməsinə görə bərk narazıdır, belə ki, prezidentin bu qərarı onun gözləntilərinin əksinə olub. İndi isə diqqətləri öz üzərinə çəkmək və narazılığını ölkə rəhbərliyinə çatdırmaq üçün öz vəzifəsini “dondurmaq” qərarına gəlib. Hazırda ölkənin dəmir yolu sistemində aparılan yenidənqurma, texniki təchizat və digər işlərin həcmini nəzərə alsaq görərik ki, “Azərbaycan Dəmir Yolları” QSC birbaşa ölkə rəhbərliyinin diqqət mərkəzində olan sahədir.

Belə bir məqamda təyinatına narazılıq edərək oyuncağı əlindən alınmış azyaşlı uşaq kimi “küsərək” işə çıxmaması sonra öz başında çatlayacaq. Bu gün Cavid Qurbanov üçün dəmir yolu sahəsinin inkişafına dövlət tərəfindən qoyulan çoxmilyonluq sərmayə əsas məsələdir.

Bu gün ölkə prezidentinin etimad göstərərək onu “Azərbaycan Dəmir Yolları” QSC kimi böyük bir idarəyə rəhbər təyin edilməsinə narazılıq edərək “pirinə təpik atan” Cavid Qurbanovun bu hərəkəti əslində üsyan və buntun başqa formasıdır.

Bu vəzifəyə təyin edilərkən bir fərd və kadr kimi tam potensialının, bütün fəaliyyət dövrünün analiz edilərək sonda belə qərar verildiyini unudan ustad Dədə Şəmşirin nəvəsi təyinatına vaxtında etiraz edərək bu vəzifədən imtina etmək əvəzinə, uzun illər birbaşa rəhbərliyi altında çalışdığı şəxsə qarşı çirkin kampaniyaya başlayıb.

Korrupsiyanın bataqlığında əmək kitabçasına stajlar yazılmış Cavid Qurbanov əldə etdiyi korrupsiya pulları ilə bu gün ölkənin reket mediasını nəqliyyat naziri Ziya Məmmədova qarşı qaldıraraq onun əleyhinə qara piar, böhtan kampaniyası aparmaqda, ictimai çaşqınlıq yaratmağa çalışmaqdadır.

Cavid Qurbanov unudur ki, yuxarılarda insanları vəzifəyə təyin edərkən onların yalnız mütəxəssis kimi peşəkərliyini və iş bacarığını nəzərə almırlar. Nəzərə alınan ilk keyfiyyət insanlıq, sədaqət, dosta xəyanət edib-etməmək, birlikdə çalışdığın kollektivə və onun rəhbərliyinə qarşı münasibətin araşdırılır.

Cavid Qurbanovun isə bu gün etdiyi ləyaqətdən uzaq hərəkəti təbii ki, xəyanət kimi qiymətləndirilir. Uzun illər rəhbərliyi altında çalışdığı, dövlət rəhbərliyinin böyük etimadsını qazanmış, ölkənin ən nöyük nazirliklərindən birinə illərdir rəhbərlik edən bir şəxsə xəyanəti onu göstərir ki, Cavid Qurbanov istənilən vaxt, daha yüksək vəzifə qarşılığında istənilən rəhbərə qarşı çıxıb ona bir göz qırpımında heç xəcalət çəkmədən xəyanət edə bilər.

Bu hadisədən sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin yaddaşlarda Ustad Dədə Şəmşirin nəvəsi Küskün Cavid kimi qalacağı heç kəsdə şübhə doğurmasın.

Bəlkə də ədəbiyyat və folklor tariximizdə ilk dəfədir ki, bu sahə ilə heç bir əlaqəsi olmayan bir şəxs belə bir ləqəb qazanır və dahi sənətkar olan əcdadının hesabına ədəbi-bədii təxəllüsə layiq görülür.

Amma Küskün Cavid nə qədər küssə də, sonda deputat mandatını qorumaq üçün Kələbəcər camaatının qarşısına çıxıb nə isə deməlidir. İllər böyu taleyinə qaçqınlıq yazılmış Kəlbəcər camaatının xeyrinə-şərinə yaramayan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri indi onların qarşısına nə üzlə çıxacağını düşünərək lap hisslərə qapılaraq məyus olur. Prezidentin qərarına acıq edib qədərindən küsən Küskün Cavid Kəlbəcər camaatına küsə bilməz.

Ən azından əgər deputat seçilmək istəyirsə, onda gərək heç olmasa camaatın qarşısında bir ağız “kəlbəcər gözəlləməsi” oxusun.