!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kütlə zövqünün səviyyəsinə enən YARADICILIQ: “Onlar susduqca mədəniyyətimiz batır”

!Reklam – Yazi

“Ya mənim savadım azdır, ya da həmin adamların savadı çoxdur ki, onların çəkdiklərini dərk edə bilmirəm”.

Bu fikirləri ölkədə mədəniyyət sahəsinin mövcud vəziyyətini dəyərləndirən Əməkdar artist Vahid Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Mədəniyyətin primitiv səviyyəyə düşdüyünü təəssüflə vurğulayan aktyor bunun səbəblərini də açıqlayıb:

“Bu gün Azərbaycan mədəniyyəti tənəzzülə uğrayıb; istər musiqi, istər kino, istərsə də teatr sahəsi geri gedir. Hazırda elə “rejissor”lar var ki, filmlər çəkirlər, amma nə çəkirlər, necə çəkirlər, mənə çatmır. Ya mənim savadım azdır, ya da həmin adamların savadı çoxdur ki, onların çəkdiklərini dərk edə bilmirəm.

Musiqi də həmçinin. Bayağı mahnılar efirləri başına götürüb. Azərbaycan xalqı yüksək zövqə malikdir, amma kütlə zövqü deyilən bir şey var. Bu gün mədəniyyət kütlə zövqünün səviyyəsinə enib”.

Aktyor mədəniyyətin tənəzzülə uğramasının digər səbəbini də teatr, kino və musiqi tənqidçilərinin susmasında görür:

“İncəsənət Universiteti, Musiqi Akademiyası var. Orada musiqişünaslar, teatrşünaslar, kinoşünaslar yetişdirilir. Tanınmış teatr, kino, musiqi tənqidçilərimiz də var, çoxu professordur.

Onlar niyə ağızlarına su alıb durub, mən onu anlamıram. Onlar susduqca, mədəniyyətimiz batır. Əgər ortabab aktyor İnsəsənət Universitetində aktyor sənətindən dərs deyirsə, o, hansı savadlı tələbələr yetişdirəcək?

Bu gün ələ-ələ verib istedadlı insanlara yol açmaq lazımdır. İncəsənət Universitetində savadlı, peşəkar aktyorlar dərs deməlidir”.

Cəvahir

COP29

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv