Əməkdar artist Lalə Məmmədova doğum gününü fərqli tərzdə qeyd edib.
Yenicag.az xəbər verir ki, müğənni sevənlərini Muğam Teatrına toplayaraq, onlara əsl musiqi gecəsi yaşadıb.
“Deyilənə görə, gəlib çatdım 40 yaşa” deyə, zarafat edən müğənni maraqlı repertuarla çıxış edib. Lalə indiyə qədər ona sənətdə yol göstərən və dəstək olan ustadlarına təşəkkürünü bildirib.
Solo-konsertdə tanınmış sənət adamları da iştirak edib.
www.yenicag.az