Ledia Gaga bir-neçə gün Bakıda gizli qalıb

media-hightechnic-468x90

250663İyunun 12-də “Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimində çıxış edən məşhur amerikalı şou-biznes ulduzu Ledi Qaqanın bir neçə gün Bakı hotellərindən birində gizli yaşadığı məlum olub.

Bu barədə “Bakı 2015”-in mərasimlər üzrə direktoru Ketrin Uqvu “Associated Press” agentliyinə bildirib.

“Ledi Qaqanı gizlin saxlamaq çox çətin idi. Ancaq o, çox nəzakətli davrandı və çıxışa qədər bir neçə gün ərzində mehmanxanada gizli qalmağa razılaşdı”, – deyə K. Uqvu bildirib.

Qeyd edək ki, tədbirin açılışında sənətçi piano arxasında “İmagine” (“Xəyal et”) mahnısını ifa edib.

K. Uqvunun sözlərinə görə, təntənəli tədbirdə Ledi Qaqanın səhnədə görünməsi tamaşaçılar üçün gözlənilməz olub, çünki onun çıxışı proqramda əvvəldən bildirilməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600