Lənkəranda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlandı

media-hightechnic-468x90

Lənkəran rayonunda yerləşən, Rəhmanov Zəka Bilal oğluna məxsus “Cənnət-Xıl” restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb. 

Yenicag.az xəbər verir ki, obyektin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, qida məhsullarının saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, qida məhsulları hazırlanan sahədə döşəmə, tavan və divar səthlərinin təmirsiz olduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa