Leyla Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət etdi - FOTO

media-hightechnic-468x90

Leyla Əliyeva və Alona Əliyeva “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar mərkəzdə təşkil olunan sosial və yaradıcı fəaliyyətlərlə yaxından tanış olub, uşaqlarla birgə müxtəlif tədbirlərdə iştirak ediblər.

Mərkəzə gələn Leyla Əliyeva və Alona Əliyeva əvvəlcə uşaqlarla birlikdə həyətyanı sahədə meyvə və dekorativ ağaclar əkiblər.

Daha sonra azyaşlılar öz əl işlərini, çəkdikləri rəsmləri və rəngarəng yunlardan hazırladıqları oyuncaqları təqdim ediblər. Uşaqların yaradıcılıq nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Birgə fəaliyyət zamanı müxtəlif dekorativ əşyalar hazırlanıb, uşaqların bacarıq və yaradıcılıq imkanlarını əks etdirən işlərə baxış keçirilib.

Tədbirin bədii hissəsində azyaşlılar şeirlər səsləndirib, musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Uşaqların nümayiş etdirdiyi çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

media-ybbq9vkygbqv1t3n5d4xdpf1xmhxpbzckglospq7_1200 media-oxrxkuph6hmvx5jtqwa4dsrboiht2bb7c1w1iqa6_1200 media-2jc3q0lvy6gfboosymyovcmidcwbxojblrplih80_1200 media-bahtqbdb2dcoumxzsgjfshwz72zwwx3248nfxlbj_1200 media-zawcjyvsqgtaencrywiz0qtay1dx18awvl84kpss_1200 media-m2vne3rkgklqeq5wtt50hno6wyfzxt63gyunxl72_1200 media-fmeyvcmjewenparslj8iiym0ft0eklny2jkfjxav_1200 media-o2bshbbynbhm8gdry4n6ky4qcnv1yghbsvfjcpje_1200 media-ypmnopjxt1f7apdvh4fexya59isdisks5aglqz3r_1200 media-dwcjxsse8sonmsi7jahxah0tvs00girw2lrpzmx3_1200 media-7cklgt4aqw3avgvx2rsfqu0yvdky2ynqw17os5ky_1200 media-qtrhfjigi65yggnxl3n33mqice1xmrpbppxcxf7u_1200 media-glepoutizejdbmn9jun4g9zvazmsn48gbhbdqfxq_1200 media-tqchooefpaujutliubvrrvweqyrbd1wvtn8mp6ed_1200 media-xoiwkezx9jqemasowvhf1mvyfm0ydfwykugboijw_1200

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05