Mahsun Kırmızıgül Bakıya gəlir

media-hightechnic-468x90

82814Türkiyənin tanınmış aktyoru və müğənnisi Mahsun Kırmızıgül Bakıya gəlir.

Yenicag.az anspress-ə istinadən bildirir ki, o bu haqda öz “twitter” və “instagram” hesabında yazıb. Kırmızıgül Bakıya “Möcüzə” filminin qalasında iştirak etmək üçün gələcək. Sabah 19:00-da “28 Cinema”da yayımlanacaq filmi aktyor tamaşaçılarla birlikdə izləyəcək.

Bakıya onunla birlikdə “Kurtlar Vadisi Pusu” filmində Zaza dayı obrazını canlandıran və eyni zamanda “Möcizə” filmində də rol alan Əli Sürməli də gələcək. Onlar pərəstişkarları ilə birlikdə şəkil çəkdirib imzalar verəcəklər.

Qeyd edək ki, ifaçı baş rolda çəkildiyi və rejissorluğunu etdiyi “Möcüzə” filmində Türkiyədə 1960-cı illərin həyatı göstərilir. Film dram-komediya janrında çəkilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600