!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Manatın xarici valyutalara qarşı məzənnəsi

!Reklam – Yazi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın yanvarın 26-a olan məzənnəsini açıqlayıb.

AMB-dən Yeniçağ.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 25-i ilə müqayisədə 2,74% bahalaşaraq 1,9068 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,9910 manatdan 2,0511 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0314 manatdan 0,0321 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4903 manatdan 0,4977 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,3223 manatdan 2,4134 manatadək artıb.

Gürcüstan larisinin məzənnəsi isə 0,6893 manatdan 0,7082 manatadək azalıb.

Yeniçağ.Az

COP29

www.yenicag.az

749
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv