Əczaçılıq nəhəngləri sayılan AstraZeneca və Merck Lynparza adlı dərmanın mədəaltı vəzi xərçənginin müalicəsində istifadəsinə icazə alıb.
Yenicag.az Aztibb.az-a istinadən xəbər verir ki, bu pereparat əvvəllər ABŞ-da və bir sıra digər ölkələrdə xərçəngin müalicəsində istifadə edilib.
Belə ki, 154 xəstənin iştirakı ilə keçirilən araşdırma nətisində bu pereparatın istifadəsinə razılıq verilib.
154 xəstənin bir hissəsinə gündə 2 dəfə, 300 mq olmaqla Lynparza verilib.
Məlum olub ki, bu pereparatdan istifadə edənlərin xəstəlik irəliləmədən yaşadıqları müddət iki dəfə artıb.
Lynparza istifadə etməyənlər 3,8 ay, istifadə edənlər isə 7,4 ay xəstəlik olmadan yaşayıb.
Merck Araşdırma Laboratoriyalarının direktoru Roy Baynes bildirib ki, Lynparzan mədəaltı vəzi xərçənginin müalicəsində yeganə təsdiqlənmiş PARP inhibitorudur.
Qeyd edək ki, keçən il Avropa Komissiyası Lynparzanı yumurtalıq və ya süd vəzisi xərçəngindən əziyyət çəkən qadınların müalicəsi üçün təsdiqləyib.
www.yenicag.az