“Mənim həbsdə olmağıma səbəb olan insanlar, …”-Fotolar,Video
12 ildir həbsdə olan və bu gün məhkəmədən birbaşa azadlığa buraxılan Lamiyə Quliyevanın gündəmə gəlməsinə səbəb olan oğlu Sahiblə azadlıqda ilk fotolarını təqdim edirik:
Fotolar Murad Əhmədə məxsusdur:
***
Lamiyə Quliyeva azadlıqda ilk açıqlamasını verib.
Lamiyə azadlığa çıxmasına səbəb olan hər kəsə təşəkkür edib:
“Azad gəzmək, azad olmaq, azad övlad böyütmək çox gözəldir. Allah bütün dustaqlara azadlıq nəsib etsin. Təşəkkür edirəm bütün insanlara. İnsanlar çalışsınlar azadlığın qədrini bilsinlər. Mənə çətin vaxtımda bir böyük kimi əlimdən tutub kömək edən Fəxrəddin Mehdiyevə təşəkkür edirəm. Daim mənə ata qayğısı göstərib, ağladığım vaxt mənimlə ağlayıb, güldüyüm vaxt isə gülüb. Xətai Rayon Məhkəməsinin sədri Nazim Tağıyevə, Apelyasiya məhkəməsinin sədri Qədim Babayeva təşəkkür edirəm. Mən 2003-dən bu yana çox ədalətsizliklərlə üzləşmişəm”.
O, 13 il həbsdə qalmasına görə Aslan Aslanovu ittiham edib: “Məni bu günə o salıb. Başıma bir çox işlər gəldi, cəza içində cəza aldım. Şükür ki, ədalətli insanlar sayəsində gec də olsa ədalət bərpa edildi. Mənə belə bir şans verildi ki, övladımı azadlıqda böyüdüm. Mən çalışacağam ki, ona gözəl tərbiyə verim. Həyatda üzləşdiyim zərbələri övladımın almamasına çalışacağam. Sakit bir həyat sürəcəyəm. Mən həyatla ölüm arasında mübarizə aparmaq üçün ana olmağa üstünlük verdim. Xahiş edirəm, cəmiyyət məni buna görə qınamasın. Mənim həbsdə olmağıma səbəb olan insanlar öz cəzalarını alacaqlar”(qafqazinfo).