!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Mercedes-Benz"lə bağlı şok iddia - Prokurorluq axtarışa başladı

!Reklam – Yazi

Almaniya avtomobil istehsalçısı “Mercedes-Benz” bəzi dizel mühərrikli maşınlarda egzoz emissiya testlərini manipulyasiya edən proqramdan istifadə edib.

Yenicag.az  OilGas.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə alman qəzeti “Sueddeutsche Zeitung” çıxış edib. Qəzet Stuttgart Prokurorluğu tərəfindən çıxarılan bir axtarış əmrini əsas göstərərək, prokurorların 2008-2016-cı illər arasında dizel mühərrikli bəzi Mercedes-Benz avtomobillərində emissiya testlərini manipulyasiya edən aldadıcı bir proqramdan istifadə etmə ehtimalını nəzərdən keçirdiklərini irəli sürüb.

Məlumatda, bir sıra lüks Mercedes-Benz modelləri də daxil olmaqla, Avropa və ABŞ-a həddindən artıq emissiyaya sahib 1 milyondan artıq avtomobil satıldığı qeyd olunub.

Bundan əlavə, may ayında Stuttgart Prokurorluğu Mercedesin də yer aldığı alman avtomobil istehsalçısı “Daimler AG”nin ofislərində dizel mühərrikli avtomobillərlə bağlı dələduzluq və aldadıcı reklam şübhəsiylə axtarış aparıb.

Şirkət isə araşdırma ilə bağlı aidiyyatı şəxslərlə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Yenicag.az

COP29

www.yenicag.az

1068
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv