Merilinin məktubları hərraca çıxarılacaq
Hollivudun ən məşhur aktrisalarından biri olan Merilin Monronun şəxsi məktubları hərracda satılacaq.
M.Monronun şəxsi arxivində yer alan məktublar dekabrın 5-6-da Kaliforniyadakı “Juliens” Hərrac evində təşkil olunacaq satışda yeni sahiblərini tapacaq.
Məlumata görə, həmin gün keçiriləcək satışa təqribən 300 lot – müxtəlif vaxtlarda M.Monronun ərləri olmuş beysbolçu Co Di Maco və dramaturq Artur Millerin aktrisaya yazdığı məktublar təqdim olunacaq.
Lotlar arasında A.Millerin aktrisanın onu atmağa hazırlaşdığını öyrəndikdən sonra yazdığı məktub da var.
Hərracda M.Monronun özünün A.Millerə, aktyorlar Klark Qeybl, Ker Qrant və Ceyn Rasselə yazdığı məktublar da satışa çıxarılacaq.
Hərrac təşkilatçıları Ç.Monronun məktublarının satışından 1 milyon dollar gəlir gözləyirlər.(gun.az)