Məşhur aktrisa boşandı-Fotolar
Türkiyədə izləmə rekordu qıran “Möhtəşəm Yüzyıl” serialında qanuni Sultan Suleymanın həyat yoldaşlarından biri Mahidevran Sultanı canlandıran Nur Fettahoğlu boşandı.
Aktrisa iş adamı əri Levent Veziroğludan ayrılmaq haqqında qərar verib. Artıq cütlüyün məhkəməsi olub.
35 yaşlı aktrisa ilə 48 yaşlı Veziroğlunun evliliyi cəmi 14 ay davam edib.
“Evliliyimizi sevgi və hörmətlə sonlandırdıq” deyən cütlük bir-birindən heç nə tələb etməyiblər.
Xatırladaq ki, Nur Fettahoğlu ilk evliliyini Murat Aysay edib. Üç il öncə anlaşılmamazlıq ucbatından boşanıblar. Sonra isə Fettahoğlunun “Kurtlar Vadisi”in Poladı Necati Şaşmaz ilə münasibəti olub. Evliliyi gözlənilən cütlük sürpriz şəkildə yollarını ayırmışdı.