Mətanət ƏSƏBİLƏŞDİ: “Nə toya gedirəm, nə də ad günlərinə, çağırmayın”
“Sonra da deyirlər, mən səni ad günümə çağırdım, niyə gəlmədin, incidim səndən. Gözüm aydın! Siz bilirsiniz, mən heç kimin ad gününə getmirəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva verilişində deyib.
O, şou əhlini hədəfə alaraq onlarla bağlı sərt fikirlər səsləndirib:
“Mənim yanımda aktrisalıq etməyin, yalandan oynamayın. Mənə yalançı göstərişlər lazım deyil. Mən şou aləmdə heç kimlə dostluq etmirəm, heç kimin nə toyuna gedirəm, nə də ad gününə, heç toyuma da gəlməsin. Sonra da deyirlər, mən səni ad günümə çağırdım, niyə gəlmədin, incidim səndən. Gözüm aydın! Siz bilirsiniz, mən heç kimin ad gününə getmirəm. Ad günü edirəm, ad günlərinə də gedim?! Bəlkə dəm-dəsgah edirəm?! Görmüsünüz, məni kiminsə ad günündə?! Deyin ki, filankəsin ad gününə gəlmisiniz. Efir sizə lazımdır, mənə yox. Sizə lazımdır ki, gəlib özünüzü göstərirsiniz. Mənə özümü göstərmək lazım deyil. Bəlkə düz demirəm?! Aparıcılarda ola bilər səmimiyyət, amma o gələn qonaqların heç birində səmimiyyət yoxdur. İllərdir görə-görə gəlirəm”.
Nehru