Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Mətanətin gizlin sevgisi: “Mənə qədər üç dəfə evli olub” - VİDEO

Əməkdar artist Mətanət İsgəndərli illər sonra ilk məhəbbəti ilə bağlı etiraf edib.

Yenicag.az xəbər verir ki, müğənni ilk dəfə orta məktəb illərində, daha sonra 18 yaşında dəli kimi aşiq olduğunu bildirib. O, bu sevgini hər kəsdən gizlətdiyini etiraf edib:

“Birinci dəfə orta məktəbdə oxuyanda sevdim, ikinci dəfə 18 yaşımda. Dəli kimi sevirdim. Az qala başıma hava gələcəkdi. O əsgərliyə gedəndə mənə yaxınlaşdı. Gəldi ki dərdini desin, dedim, rədd ol burdan. Nənəm bizə öyrətmişdi ki, görsəniz gədələr sizə yazınlaşır, daşı götürün çırpın təpəsinə. Nənəmin sözü yadıma düşdü. Başladım daş axtarmağa. Yazıq pis günə düşdü. Evə gəlib başladım ağlamağa. O, iki gündən sonra əsgərliyə gedirdi. Gəlmişdi ki, desin, məni gözlə. İlk məhəbbətinə insan heç vaxt qovuşmur. İndiyəcən o adam yadımdan çıxmır. O insan məndən sonra üç dəfə evlənib. İndi dünyasını dəyişib”.

ATV-nin “Gündən-günə” verilişindən olan görüntüləri təqdim edirik.

Nehru

www.yenicag.az

2522
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100