Millət vəkili bələdiyyə seçkilərində səs verdi

media-hightechnic-468x90

Dekabrın 23-də ölkə ərazisində olduğu kimi, Gəncə şəhərində də bələdiyyə seçkiləri ilə bağlı səsvermə yüksək əhval-ruhiyyə ilə davam edir.

Yenicag.az xəbər verir ki, Milli Məclisin deputatı Naqif Həmzəyev səs vermək üçün 38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsi üzrə 15 saylı seçki məntəqəsinə gəlib, bələdiyyə üzvlüyünə namizədlər arasından Gəncənin inkişafında, daha da gözəlləşməsində pay sahibi olacaq ən layiqli namizədlərə səs verib.

Qeyd edək ki, Naqif Həmzəyev 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600