Milli komandamızın 2 üzvü “Sumqayıt”da - RƏSMİ

media-hightechnic-468x90

Yeni mövsüm üçün heyətini gücləndirməyə başlayan “Sumqayıt” Azərbaycan millisinin 2 futbolçusunu transfer edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, yarımmüdafiəçilər Əfran İsmayılovla Elvin Məmmədov yeni mövsümdən məhz bu klubun şərəfini qoruyacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ötən mövsümü “Qarabağ”da keçirmiş Əfran İsmayılovla 1 illik müqavilə imzalanıb. Əfran yeni komandasında 22 nömrəli formada çıxış edəcək. İsmayılov “Qarabağ”dan (163 oyun, 22 qol) başqa “Turan” (10 oyun, 2 qol), “Bakı” (17 oyun, 8 qol), “Xəzər Lənkəran” (11 oyun, 1 qol) və “İnter”in (10 oyun, 3 qol) formasını geyinib. 2010-cu ildə milli komandada debüt oyununu keçirən futbolçu 38 qarşılaşmada 5 qola imza atıb.

Ötən mövsümü “Qəbələ”də keçirən Elvin Məmmədov qarşıdakı mövsümdə “Sumqayıt”ın şərəfini qoruyacaq. Məmmədov “Qəbələ” (11 oyun, 2 qol) ilə yanaşı “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Zirə”nin (40 oyun 5 qol) uğurları üçün çalışıb. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış Elvin yığmamızın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05