Milli Məclis bu gün toplanır

media-hightechnic-468x90

????????????????????????????????????

Milli Məclisin payız sessiyasının bu gün keçiriləcək ilk plenar iclasına 39 məsələ daxil edilib. Bu haqda Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

O, qeyd edib ki, ilk iclasda birinci məsələ kimi Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il payız sessiyasının qanunvericilik işləri planı müzakirə olunub, təsdiqlənməlidir.

“Gündəliyə daxil edilən 39 məsələnin əksəriyyəti isə qanunlara edilən əlavə və dəyişiklərlə bağlıdır. “Hərbi qulluqçuların statusu haqqında”, “Diplomatik xidmət haqqında”, “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Qaz təhcizatı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaq islahatı haqqında” qanunlara, Torpaq Məcəcləsinə, İnzibati Xətalar Məcəlləsinə, Mülkü Məcəlləyə və s. sənədlərə dəyişikliklərin edilməsi gözlənilir. Eyni zamanda, bəzi hökümətlərarası sazişlərin, bəyannamələrin təsdiq edilməsi ilə bağlı sənədlər də müzakirəyə çıxarılacaq. “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi isə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq”(modern).

media-ziraat-728x90

Milli Məclis bu gün toplanır

media-hightechnic-468x90

milli_mejlisssazer3_1314Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyaı bu gün öz işinə başlayır.

Bugünkü iclasda deputatların müzakirəsinə 11 məsələ çlxarılacaq. Bunlar aşağıdakı məsələlərdir:

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında qərar

2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında qərar

3. Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında qərar

4. Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

5. “Azərbaycan Respublikasının Hökuməti ilə Macarıstanın Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

6. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

7. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

8. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

9. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

11. “Reklam haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600