Millimizin üzvü Litva klubunda!

media-hightechnic-468x90

Milli komandamızın üzvü Kamran Quliyev karyerasını ölkə xaricində davam etdirəcək.

Yenicag.az xəbər verir ki, gənc hücumçu Litvanın A Liqasında mübarizə aparan “Jonava” klubu ilə münasibətlərini rəsmiləşdirib. “Qəbələ Futbol Akademiyası”nın yetirməsi “Jonava” ilə 2.5 illik sözləşmə imzalayıb.

Perspektivli futbolçunun Litvaya yollanmasında tanınmış FİFA meneceri Vaqif Heydərlinin əməyi danılmazdır. Heydərli bundan öncə Budaq Nəsirov (“Sportinq”, Portuqaliya ), Fərid Nəbiyev və Rövlan Muradovun (hır ikisi, “Slaviya”) ölkə xaricinə üz tutmasında vasitəçi olub.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa