Mirkamil xəstəxanaya yerləşdirilib - onu zəhərləyiblər

media-hightechnic-468x90

Mələkxanım Eyyubovanın yaxın qohumu, “Xalq Ulduzu” mahnı yarışması ilə məşhurlaşan xanəndə Mirkamil dünən gecə saatlarında Bakı şəhər 1 saylı kliniki mərkəzin (Semaşko) Toksikologiya şöbəsinə yerləşdirilib.

Yenicag.az xəbər verir ki, müğənninin sosial şəbəkə vasitəsilə verdiyi məlumata görə, onu axşam iştirak etdiyi məclislərin birində zəhərləyiblər:

“Məni öldürməyə çalışan qüvvələr var. İçkimə dərman qatıb məni zəhərlədilər. Amma yenə ölmədim, şükür qurtuldum. Dünən heç danışa da bilmirdim. Bu gün danışa bilirəm. Bir neçə gün burada qalacam”.

Müğənni iddia edir ki, bu təsadüfi hadisə olmayıb, onu qəsdən zəhərləməyə çalışıblar.

Müğənninin prodüseri Emil də faktı Publika.az-a təsdiqlədi. O bildirdi ki, Mirkamil bu gün xəstəxanadan evə buraxılacaq.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600