Müxaliflərin edamına başlandı

media-hightechnic-468x90

img1620455Misir hökuməti ilk dəfə olaraq sabiq prezident Məhəmməd Mursinin tərəfdarları haqda çıxarılmış ölüm hökmlərindən birini icrasına qərar verib.

Yenicag.az müsavat.com-a istinadən verdiyi xəbərə görə, Mursi tərəfdarı 2013-cü ilin ortalarında “Müsəlman qardaşları”nın lideri devriləndən sonra baş vermiş qarşıdurmalar zamanı qətllərdə ittiham edilirdi. “Müsəlman qardaşları”nın üzvü olmayan Mahmud Ramadan şənbə günü səhər asılıb.

Lakin bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları müxalifətçilər haqda çıxarılmış ölüm hökmünün əsaslı olduğuna şübhə edirlər.

2013-cü il hakimiyyət çevrilişindən sonra ölkədə kütləvi etiraz aksiyaları keçirilmiş, polislə qarşıdurmada yüzlərlə etirazçı qətlə yetirilmişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa