!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkotiklərlə bağlı 545 nəfər tutuldu

!Reklam – Yazi

Bu il yanvar-fevral ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 545 nəfər cəlb edilib.

Bu barədə Yenicag.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, onlardan 17-18 yaşadək -1 nəfər, 18-25 yaşadək 32 nəfər, 26 – 29 yaşadək 91 nəfər, 30 yaş və ondan yuxarı isə 421 nəfər təşkil edir. Həmin şəxslərdən 523-ü kişi, 22-i qadın olub.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 17 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 17 xarici ölkə vətəndaşından 8-i İran İslam Respublikası, 3-ü Rusiya, 4-ü Gürcüstan, 1-i Türkiyə, 1-i Ukrayna vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 202kq 081,647 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

www.yenicag.az

67
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv