Nazir müəssisələrin satdığı məhsulların həcmini açıqladı

media-hightechnic-468x90

İndiyə qədər Azərbaycanın sənaye zonalarında 116 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 65-i artıq fəaliyyətə başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.

“2022-ci ildə bu müəssisələr ümumilikdə 2,9 milyard manat dəyərində məhsul satıb ki, bunun da 1 milyard manatı ixracın payına düşüb. 2021-ci illə müqayisədə satış 20,6%, ixrac isə 10,1% artıb. Sənaye zonalarında 10 400-dən çox iş yeri yaradılıb. Mövcud layihələr üzrə əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4 200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”, – deyə o qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600