Nəhəng proyektin tamamlanmasına 1 km qaldı
İstanbul boğazının altından keçən “Avrasiya Tuneli”-də işlər sürətlə davam edir.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən avtomobil tuneli hazır olduqdan sonra İstanbulun Göztəpə və Kazlıçeşmə qəsəbələri arasındakı məsafəni 15 dəqiqə ərzində qət etmək mümkün olacaq. Qeyd edək ki, hazırda bu yola 1saat 40 dəqiqə vaxt sərf olunur.
Bildirək ki, tunelin ümumi uzunluğu 14.6 km-dir. Tuneldə qazıntı işlərinin bitməsinə təxminən 1 km yol qalıb. Sentyabrda isə bu tunelinin tamamilə hazır olması gözlənilir.