Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Nüfuzlu bankların Azərbaycana diqqəti: “Ölkə iqtisadiyyatına ən çox vəsait yatıran bu bank...”

“Böyük layihələrin maliyyələşdirilməsi ilə bağlı ictimai nəzarətin təşkilinə şərait yaradılmalıdır”.

Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) yaxın illərdə maliyyələşdirmə coğrafiyasını genişləndirmək niyyətindədir və Orta Asiya, Rusiya, Cənub-Şərqi Asiya və Yaxın Şərq iqtisadiyyatına investisiya qoyuluşunu artırmağı planlaşdırır.

Bu istiqamətdə planları açıqlayan təşkilatın vitse-prezidenti Yoahim fon Amsberq sözügedən maliyyə institutunun əvvəllər ən çox Hindistanda sərmayə yatırdığını, digərlərinin arasında Azərbaycana daha çox diqqət ayırdığını deyib.

Yenicag.az-a açıqlamasında Asiya İnfrastruktur İnvestisiya Bankının Azərbaycandakı layihələrin maliyyələşdirilməsini azaldıb-azaltmayacağına münasibət bildirən sabiq millət vəkili Nazim Bəydəmirli qarşılıqlı əməkdaşlığın yüksək sviyyədə olduğunu bildirib.

Nazim Bəydəmirliyə görə, Asiya İnfrastruktur İnvestisiya Bankı Azərbaycanla sıx işbirliyində olsa da, ölkəmizin öz daxili potensialını inkişaf etdirməsi
daha məqsədəuyğundur:

“Asiya İnfrastruktur İnvestisiya Bankı Dünya Bakından sonra ölkə iqtisadiyyatında investisiya layihələrinə ən çox vəsait yatıran bir bankdır. Ancaq güman etmirəm ki, Azərbaycan hökumətinin yenidən borclanmaq niyyəti olsun.

İqtisadiyyatın uzunmüddətli inkişaf strategiyasını nəzərə alsaq, götürülən borcları geri qaytarmaq şərtdir. Hökumət dəfələrlə bəyan edib ki, Azərbaycanın özü borc verən ölkədir.

Bu baxımdan, balansı qorumaq lazımdır. Eyni zamanda, mühüm və böyük layihələrin maliyyələşdirilməsi ilə bağlı ictimai nəzarətin təşkilinə şərait yaradılmalı və mənimsəmə hallarının qarşısı alınmalıdır”.

Gülşən Şərif

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

1427
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM