Odessada güllələnən azərbaycanlı xəstəxanada ölüb

media-hightechnic-468x90

e70ebccf8a947c30527a488d9a513015Odessada Bolqarıstandan olan tələbənin güllələdiyi 3 azərbaycanlıdan biri bu gecə xəstəxanada dünyasını dəyişib.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Odessa vilayəti üzrə İdarəsinin mətbuat katibi Alla Marçenko bildirib. A. Marçenko deyib ki, qətli törətməkdə ittiham olunan şəxs barəsində həbs qətimkan tədbiri seçilib və o, istintaq təcridxanasında saxlanılır.

Qeyd edək ki, hadisə mayın 1-də Odessa şəhəri Kiyev rayonunun Lvov küçəsində baş verib. 1 May münasibətilə keçirilən bayram tədbirində gənclər arasında mübahisə baş verib.

Tərəflər münasibətləri aydınlaşdırmaq üçün axşam görüşmək qərarına gəliblər. Onlar yerli vaxtla axşam saat 23:00-da Odessa Ekoloji Universitetinin yataqxanasının qarşısında görüşüblər və atışma başlayıb.

3-cü kurs tələbəsi olan Bolqarıstan vətəndaşı 3 azərbaycanlıya odlu silahdan atəş açıb və onları yaralayıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600