Yanvarın 17-dən 18-nə keçən gecə Oğuz rayonunda Filfilli kənd bələdiyyəsinin binasında yanğın baş verib.
Yenicag.aza Fövqəladə Hallar Nazirliyiə istinadən xəbər verir ki,ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı inzibati binanın 2 otağının yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanıb.
Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz rayon dövlət yanğından mühafizə hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az